Bu gün Milli.Az 11 yaşını qeyd edir

Bu gün Milli.Az internet portalının 11 yaşı tamam olur.

AzerTimes-ın məlumatına görə, qısa müddət ərzində Milli.Az Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

Bu müddət ərzində Milli.Az böyüyüb, daha funksional olub, böyük auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir. Milli.Az kollektivi istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.Az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım Milli.Az İnternet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.Az İnternet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan bəri aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsidir.

Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək 10 il ərzində Milli.Az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.


Saytın fəaliyyəti baş verən hadisələrlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.

Bu gün Milli.Az İnternet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

Milli.Az internet portalının kollektivini təbrik edir, böyük uğurlar arzulayırıq!

Teqlər: