Xəbər - Samir Əli – Trend:
Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan-Lüksemburq oyunu ilə əlaqədar metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək.
Bu barədə AzerTimes-a açıqlamasında Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O bildirib ki, artıq bu barədə stansiya rəhbərliyinə tapşırıq verilib: “Oyundan sonra azarkeşlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə müvafiq tədbirlər görüləcək. Stansiyada sərnişin sıxlığının yarnamaması üçün ehtiyat qatarlar da hazır vəziyyətə gətirilib. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq”.