Bu gün məktəblərdə “Son zəng” çalınır (FOTO)

Bu gün ölkənin ümumtəhsil məktəblərində “Son zəng” keçirilir.

AzerTimes-ın məlumatına görə, bununla bağlı Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib və “Son zəng”in keçirilməsinə razılıq verilib.

“Son zəng” tədbirlərinin müəyyən şərtlərlə keçirilir.

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir. Onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən məktəblərdə “Son zəng” keçirilməmişdi.

FOTO – Zaur Mustafayev

Teqlər: