HƏMAS Livanda atəşkəsi dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Üsamə Həmdan Livanın “Əl Mayadin” telekanalına müsahibəsində deyib.
“Livanda hər hansı atəşkəs elanı bizim tərəfimizdən alqışlanır, çünki Hizbullah xalqımızı dəstəkləyib və böyük fədakarlıqlar edib”, – o bildirib.
Həmdan HƏMAS və Hizbullahın bir-birinə güvəndiyini və hərəkətlərini hər detalda koordinasiya etdiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 25-də “Axios” yüksək rütbəli ABŞ rəsmisinə istinadən İsrail və Hizbullah arasında atəşkəs razılaşmasının yekunlaşmaq üzrə olduğunu yazıb. Eyni zamanda qeyd edilir ki, bu gün İsrailin Nazirlər Kabineti bu sazişi təsdiq edəcək.