Bu gün Hərbi Hava Qüvvələri günüdür

Bu gün Hərbi Hava Qüvvələri günüdür

14 fevral Azərbaycanın Hərbi Hava Qüvvələri Günü olaraq 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələrinin ayrıca bölmə kimi təsis edilməsindən sonra qeyd olunur.

AzerTimes xəbər verir ki, ancaq Azərbaycanın Hərbi Hava Qüvvələrinin əsası 1919-cu ildə qoyulub.

100 ildən çox tarixə sahib olan Hərbi Hava Qüvvələrimizin ilk pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

İlk milli hərbi təyyarəçilərimizin buraxılışına isə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi 1997-ci ildən başlayıb.

Ölkəmiz Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanın HHQ-nin arsenalında 12 000 nəfər xidmət edir.

Məşhur hərbi statistika saytı “Global Fire Pover”in dünyanın ən güclü hava qüvvələrinə sahib 145 ölkə arasında Azərbaycan hazırda 57-ci yerdə qərarlaşıb.

Teqlər: