Bu gün Əfv Komissiyasının sonuncu iclası keçiriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

AzerTimes-ın məlumatına görə, iclasda əfvlə bağlı yeni müraciətlərə baxılacaq.

Komissiyanın 9 iclası keçirilib və daxil olan yeni müraciətlərin 950-dən çoxuna baxılıb.

Bu gün komissiya iclaslarının yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Teqlər: