Bu gün Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş nazirinin görüşü gözlənilir

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham
Əliyevin Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın
baş naziri Nikol Paşinyanla görüşü gözlənilir.

Trend məlumatlı mənbəyə istinadən xəbər verir ki, Şarl Mişelin
iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin
görüşü gözlənilir. Həmçinin, Prezident İlham Əliyevin N.Paşinyanla
təkbətək görüşü də istisna olunmur.

Xatırladaq ki, bunadək Brüsseldə üçtərəfli formatda görüş
2021-ci il dekabrın 14-də keçirilmişdi.

Teqlər: