Bu gün bir millət, iki dövlət üçün çox mühüm tarixdir – Azərbaycanın Türkiyədəki səfirliyi

Bu gün bir millət, iki dövlət üçün çox mühüm bir tarixdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyini rəsmi “Twitter” səhifəsində yerləşdirilmiş paylaşımda deyilir.

“Biz dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü fəxr və ruh yüksəkliyi ilə qeyd edirik. Azərbaycan və Türkiyə birlikdə neçə xoşbəxt illərə!”, deyə paylaşımda qeyd olunur.

Xaıtrladaq ki, Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

Teqlər: