Bu gün Bakıda tozun miqdarı normadan 2,2 dəfə çox olub

Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən
avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə olunmuş
məlumatlara əsasən, dispers toz hissəciklərinin miqdarı Bakı
şəhərinin Xətai rayonunda 2,2 dəfə normadan çox olub.

Trend xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, müşahidə edilən tozlu hava şəraiti lokal
xarakterlidir. Belə ki, güclü şimal-qərb küləyinin təsirindən
torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa
yayılır.

G.Məmmədova bildirib ki, küləkli hava şəraiti ilə əlaqədar
olaraq, yaxın iki gün ərzində tozun miqdarının normadan çox olacağı
gözlənilir.

Teqlər: