Mayın 13-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 min 15 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4857, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 16 min 158 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 748 min 725-ə çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 19 min 352, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 729 min 173 nəfərdir.