Xəbər - Elnur Bağışov – Trend:
Bu gün Astarada körpünün inşası ilə bağlı icra işləri görüləcək
Trend xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasemi deyib.
R.Qaseminin sözlərinə görə, mütləq iki ölkə arasında əlaqələr prezidentlərin göstərişləri ilə daha da inkişaf edəcək.
“Əminəm ki, iki ölkə dəmiryolunun əlaqələrinin inkişaf etdirilməsi diqqət mərkəzindədir. İranın tikinti şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında öz töhfələrini verə bilərlər. İki ölkə arasında ticarət və sənaye zonalarının yaradılması ilə əlaqələrdə böyük irəliləyişlər olacaq”, – deyə o əlavə edib.