Bu gün Aİ liderləri pandemiya və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Pandemiya Avropa İttifaqı dövlət və hökumət başçılarının bu gün açılacaq və videokonfrans formatında keçiriləcək iki günlük təcili sammitinin əsas mövzusu olacaq.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Aİ nümayəndəsi dünən Brüsseldə jurnalistlərə bildirib.

Aİ ölkələrinin liderləri peyvəndləşmə prosesi ilə bağlı problemləri, “COVID” sertifikatlarının yaradılması, eləcə də ittifaq vətəndaşlarının sərbəst hərəkətini məhdudlaşdıran mövcud tədbirləri və onların fonunda yaranan iqtisadi çətinlikləri müzakirə etmək niyyətindədirlər.

Görüşün ikinci günü birliyinin müdafiə və təhlükəsizlik məsələlərinə həsr ediləcək.

Sammit 27 Aİ ölkə liderlərinin cari ildə ikinci video konfransı olacaq. Birinci toplantı yanvar ayının sonunda baş tutub və tamamilə pandemiyaya həsr edilib.

Teqlər: