Xəbər - Asif Mehman – Trend:
Bu gündən etibarən Azərbaycanda jurnalistlərin vaksinasiyasıına başlanlıb.
AzerTimes-ın məlumatına görə, jurnalistlərin vaksinasiyası könüllü müraciətlər əsasında Mətbuat Şurasının binasında səyyar briqadalar tərəfindən həyata keçirilir.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış bildirib ki, gün ərzində 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur:
“Aprelin 2-dən ibarət olaraq vaksinasiya prosesinə səyyar formada da başlanılıb. Mətbuat Şurasının binasında da səyyar formada vaksinasiya həyata keçirilir. 18 yaşdan yuxarı mətbuat işçiləri müraciət edərək vaksinasiyada iştirak edə bilər”.