Bu gün (30 avqust) Məhərrəm ayının onuncu günüdür, Aşura günü – İslam Peyğəmbərinin nəvəsi, Həzrəti Hüseynin qətl olunduğu – şəhid olduğu gündür.
Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayıb.
Bu il Aşura dünyada davam edən pandemiya dövrünə təsadüf etdiyindən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb.