Qəzza zolağında mövcud humanitar vəziyyət girovların azad edilməsi ilə bağlı danışıqları çətinləşdirir.
AzerTimes xəbər verir ki, bunu Qətərin Cenevrədəki BMT daimi nümayəndəsi Hend Əbdalrəhman əl-Muftah deyib.
“Qətər girovlar məsələsi üzərində işləməyə davam edir. Qəzzada humanitar vəziyyətin pisləşməsi danışıqları çətinləşdirir. Qətər bu məsələdə ABŞ da daxil olmaqla tərəfdaşları ilə birgə işləyir”, – daimi nümayəndə bildirib.