İnsanın uzunömürlü olması bir çox amildən asılıdır. Ancaq ən vacibi düzgün qidalanmadır. Düzgün qidalanma isə yalnız təzə meyvə və tərəvəzlərə üstünlük verməklə təmin edilə bilər.
AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, alimlər yeni bir araşdırma nəticəsində qara qarağatın bir neçə faydalı xüsusiyyətini aşkarlayıblar.
Bu giləmeyvənin xüsusilə damar sağlamlığına müsbət təsir etdiyi üzə çıxıb.
“Cəmi 7 gün bu giləmeyvədən yedikdən sonra qan dövranı yaxşılaşır və bədən 10 il cavanlaşır”, – deyə professor Mark Villems bildirib.
Onun sözlərinə görə, qara qarağat ekstraktının tərkibindəki maddələr qan təzyiqinin artmasına səbəb olan ürək-damar sisteminin patologiyalarından qoruyur.
“Bu giləmeyvə həm də kalium və linolenik turşunun (GLA) əla mənbəyi hesab olunur. Qara qarağat xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər üçün olduqca vacib qidadır”, – deyə mütəxəssis vurğulayıb.