Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə AzerTimes-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə iyulun 16-da saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.
Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.