Bu gecə Bakı metrosunda təlim keçiriləcək

Bu gecə Bakı metrosunda təlim keçiriləcək

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC 29 fevral 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

AzerTimes FHN-ə istinadən xəbər verir ki, təlimin metronun “Nəriman Nərimanov” stansiyasında keçirilməsi planlaşdırılır.

“Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda baş tutacaq təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Teqlər: