Bu, Fransanın daxili işidir – Peskov

Bu, Fransanın daxili işidir – Peskov

Rusiya ABŞ və Avropanın böhtanlarına baxmayaraq, başqa dövlətlərin daxili işlərinə qarışmır.

AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Moskva Avropa Parlamenti seçkisindən sonrakı vəziyyəti Fransanın daxili işi hesab edir”, – o bildirib.

Qeyd edək ki, Makronun İntibah Partiyası AP-yə keçirilən seçkilərdə sarsıdıcı məğlubiyyətə uğradıqdan sonra parlament buraxılıb və yeni seçkilər təyin edilib.

Teqlər: