Fransanın Nigerdən çıxması Paris üçün təhqir və məğlubiyyət idi.
AzerTimes xəbər verir ki, bunu Fransa Respublikaçılar Partiyasının lideri Erik Skiotti deyib.
“Biz zillət və məğlubiyyət yaşadıq. Afrika qitəsini tərk etmək Paris üçün ciddi nəticələrə və onun təsirinin azalmasına səbəb ola bilər”, – Skiotti bildirib.
Qeyd edək ki, sentyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Fransa səfirinin Niameydən geri çağırıldığını, həmçinin Nigerdə hakimiyyəti ələ keçirmiş çevrilişçilərlə hərbi əməkdaşlıqdan imtina etdiyini açıqlayıb. O, Fransanın hərbi qüvvələrinin ilin sonuna qədər bu ölkədən çıxarılacağını da elan edib.