Bu, Fransa üçün qüsurlu faktdır – Professor

Bu, Fransa üçün qüsurlu faktdır – Professor

Fransada məktəblərdə hicaba qarşı qadağa patriarxat bir qərardır. Bu qərar yalnız həmin şəxsin seçimindən asılı olmalıdır. Bu qadınlara qarşı çox aqressiv yanaşmadır.

AzerTimes xəbər verir ki, bu sözləri professor Sahar Aziz “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Fransada islamofobiya” adlı aralıq sessiyada deyib.

Onun sözlərinə görə, ABŞ-da belə bir fikirlər var ki, müsəlman azlıqlar şəriət cəmiyyəti qurmaq istəyirlər. Amma müsəlman əhalisi çoxluq təşkil edən ölkələrdə belə şəriət cəmiyyəti yoxdur:

“Fransada müsəlman cəmiyyəti müəyyən siyasi müsəlman qrupları ilə fikirlərinin üst-üstə düşməməsindən əziyyət çəkir. Bunun özü də olduqca qüsurlu faktdır”.

Teqlər: