Fransada miqrasiyanı sərtləşdirmək üçün qəbul edilmiş qanun ölkə üçün məğlubiyyətdir.
AzerTimes xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Fransua Olland “Monde” qəzetinə müsahibəsində deyib.
“Bu, respublika üçün məğlubiyyətdir. Konstitusiyaya zidd müddəalarla mətn qəbul edildikdə, bu, irəliləyiş kimi qiymətləndirilə bilməz”, – Olland bildirib.
Qeyd edək ki, dekabrın 20-də Fransa parlamenti miqrasiyanın sərtləşdirilməsinə dair mübahisəli qanun layihəsinin mətnini təsdiqləyib.
Fransada “Darmanin” qanunu adlanan yeni sığınacaq və miqrasiya qanunu qeyri-qanuni miqrantların deportasiyasına nəzarəti gücləndirmək üçün bir çox tədbirləri ehtiva edir. Bu, həmçinin cinayət törətmiş əcnəbilərin Fransadan deportasiyasını nəzərdə tutur.