Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı paylaşım edib.
AzerTimes xəbər verir ki, bu barədə XİN-in Tvitter hesabında yazılıb.
“Bu, Ermənistanın növbəti təcavüzü idi. 2020-ci il oktyabrın 11-də, atəşkəsdən bir neçə saat sonra Ermənistan Azərbaycanın Gəncə şəhərinin yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutmuş, 5-i qadın olmaqla 1- mülki vətəndaş həlak olmuşdu. 40 nəfər yaralanmışdı. Bu, 44 günlük müharibə zamanı Gəncəyə edilən 4-cü hücum idi”, – paylaşımda bildirilib.