Rusiya ilə mübahisə Ermənistan üçün fəlakət olar.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya ümid edir ki, Ermənistan rəhbərliyinin iki ölkənin xalqının arasını vurmaq üçün fəlakətli planları yoxdur. Səmimi qəlbdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi mövcud deyil. Çünki, fikrimcə, bu, məhz Ermənistan üçün fəlakətli olar”, – Zaxarova deyib.