Bu erməniləri parlaq gələcək gözləyir – Korotçenko

Bu erməniləri parlaq gələcək gözləyir – Korotçenko

Separatçı “liderlərdən” biri David Babayan bəyan edib ki, Azərbaycanda axtarışda olduğu üçün Bakıya təslim olmaq niyyətindədir. Çünki Qarabağdan gizlincə qaçmaq mümkün olmayacaq. Bu, yeni reallıqların dərk edilməsidir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

“Azərbaycan Qarabağ ermənilərinə reinteqrasiya təklif edib. Onların hər biri öz seçimini edir – qalmaq və yenidən inteqrasiya etmək və ya ərazini tərk etmək. Qalanları daha parlaq gələcək gözləyir”, – politoloq bildirib.

Korotçenko qeyd edib ki, Bakı indi yaranmış müəyyən imkan pəncərəsindən yararlanıb:

“Aydındır ki, Azərbaycan kimi öz gələcəyinə cavabdeh olan ölkələrdə istənilən bir hadisə dövlət tərəfindən öncədən hesablanır. Və bu hesablama bir sıra amilləri nəzərə alır. Baş verənlərin hamısı kortəbii deyildi. Azərbaycan düşmənin hərəkətlərinə cavab olaraq antiterror tədbirləri həyata keçirib”.

Teqlər: