Zabuxda erməni əhalisinin çıxarılması prosesi davam edir.
AzerTimes Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Zabuxun qondarma erməni icmasının “rəhbəri” Andranik Çavuşyan deyib.
Onun sözlərinə görə, hazırda məktəbin boşaldılması həyata keçirilir.
“Kənddə 54 ailə var. Bu ailələrdən yalnız 7-si Qarabağda qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək”, – o deyib.
Çavuşyan özü isə Xankəndində qalacağını deyib.
Qeyd edək ki, Laçında qalan ermənilər işğal dövründə xüsusilə Yaxın Şərqdən bura köçürülənlərdir. A.Çavuşyan da 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabux kəndinə köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb