Bu erməni hərbçilər vəzifədən qovuldu

Bu erməni hərbçilər vəzifədən qovuldu

Hərbi qulluqçular tutduqları vəzifələrdən yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı azad ediliblər.

AzerTimes xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində baş verən yanğınla bağlı açıqlamasında deyib.

Xüsusilə, 2-ci ordu korpusunun qərargah rəisi Vaqram Qriqoryan, korpus komandirinin maddi-texniki təminat üzrə müavini, eləcə də qərargah rəisi – komandirin arxa cəbhə üzrə müavini, döyüş növbətçiliyi üzrə müavini, mühəndis xidmətinin rəisi, mühəndis-istehkamçı bölüyünün komandiri, eləcə də Ermənistan Silahlı Qüvvələrinin arxa cəbhəsinin yanğın təhlükəsizliyinin rəisi vəzifələrindən azad olunublar.

Teqlər: