Bu ərəb ölkələri ABŞ-ın təklifini rədd etdi

Bu ərəb ölkələri ABŞ-ın təklifini rədd etdi

İordaniya, Qətər və Səudiyyə Ərəbistanı hökumətləri ABŞ-ın münaqişə bitdikdən sonra Qəzza zolağında sülhməramlı missiyada iştirak etmək təklifini qəbul etməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“İordaniya, Qətər və Səudiyyə Ərəbistanı imtinalarını bununla izah edib ki, bu sülhməramlılar İsraili fələstinlilərdən qoruyan missiya kimi görünür. Misir və BƏƏ missiyada iştirak etmək niyyətlərini təsdiqləsələr də, bir neçə şərt qoyublar. Tələblər arasında İsrailin Baş naziri Benyamin Netanyahunun rədd etdiyi “iki xalq üçün iki dövlət” konsepsiyası da var”, – mənbə bildirib.

Teqlər: