Moskva və Ankara Suriya nizamlanmasında mühüm nəticələr əldə ediblər, lakin Suriyada başqa ölkələrin silahlı qüvvələrinin olması vəziyyəti çətinləşdirir.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Habertürk-ə açıqlamasında deyib.
“Bizim və Rusiya tərəfinin Suriyada əldə etdiyi ən mühüm şey odur ki, Suriya rejimi ilə müxalifət arasında müharibənin dayanıb. Bu, xüsusilə Türkiyə və Rusiya liderləri səviyyəsində Astana prosesinin, daha sonra isə digər formatların işə salınmasına imkan verən razılaşmalar sayəsində mümkün olub. Düşünürəm ki, bu, ən böyük nailiyyətdir”, – Fidan Habertürk TV-də deyib.