Bu ərazimizə 10 sm qar yağdı

Bu ərazimizə 10 sm qar yağdı

Martın 16-sı saat 10:00-a olan məlumata əsasən martın 15-i axşamdan hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb, gecə saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağıb.

AzerTimes xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 10 sm, Xınalıqda 1 sm olub.

Düşən yağıntının miqdarı Şahdağ, Şəkidə 9 mm, Qaxda 7 mm, Tovuz, Zaqatala, Qusar, Qrız, Şəmkir, Gədəbəydə 4 mm, Daşkəsən, Kürdəmir, Göygöl, Balakən, Ağstafa, Oğuz, İsmayıllı, Ağsu, Altıağac, Şahbuz, Ordubad, Gəncə, Qəbələ, Qobustan, Şamaxı, Quba, Şabran, Bərdə,Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Astara, Lənkəranda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Qax, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Lerik və Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub.

Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu martın 15-də Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 20, Aran rayonlarında 17, dağlıq rayonlarda 13, yüksək dağlıq ərazilərdə 3 dərəcəyədək isti olub.

Teqlər: