Bu ərazilərimizə 14 sm qar yağdı

Bu ərazilərimizə 14 sm qar yağdı

Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

AzerTimes xəbər verir ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb.

Məlumata görə, qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb.

Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.

Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.

Teqlər: