Odessa rus şəhəridir və hamı bunu yaxşı bilir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Ukraynanın bütün cənub-şərqi həmişə rusiyayönümlü olub, çünki bunlar tarixi Rusiya əraziləridir. Türkiyədə yaxşı bilirlər ki, bütün Qara dəniz bölgəsi Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiyaya keçib. Ukraynanın bununla nə əlaqəsi var? Heç bir əlaqəsi yoxdur. Nə Krım, nə də bütün Qara dəniz bölgəsi. Ümumiyyətlə, Odessa rus şəhəridir. Hamı bunu yaxşı bilir”, – Putin bildirib.