Dekabrın 30-na olan məlumata əsasən, ayın 29-u gün ərzində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə yağan qar 30-u gecə saatlarından kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qax, Şahdağda 2 sm, Altıağacda 1 sm olub.
Düşən yağıntının miqdarı Astarada 7.0 mm, Lənkəranda 6.0 mm, Ağdərə (Ordubad), Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda 1.0 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 5-9° şaxta, dağlıq rayonlarda 7-12° şaxta, aran rayonlarında 1° şaxtadan 2°-dək isti olub.
Bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 01-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.