Xəbər - Çingiz Səfərli – Trend:

Şimal-qərb marşrutu üzrə yol kənarında olan turizm sektoru ilə bağlı obyektlər yenidən qurulub.

Trend xəbər verir ki, bunu Şimal-qərb turizm layihəsinin koordianotoru Nizami Qasımov deyib.

Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi Ekologiya və Təbii Sərbəvətlər Nazirliyi, rayon icra hakimiyyətləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə rayon yollarına baxış keçirilib:

“4 rayonda 400 obyekt müəyyənləşdirilib. Bunlardan 280-inə yeni layihə verilib, digərlərinin isə ya yeri dəyişdirilib, ya da tamamilə sökülərək yerində yenisi tikilib. 150 obyektin bərpası istiqamətində işlər tam başa çatıb. Eyni zamanda Abşeron-Binəqədidə 185 obyekt müəyyənləşib, 15-i yeri pis olduğu üçün götürülüb”.

Twitter:@cingizsafarli