Bu ərazilərdə qanunsuz tikintilərin qarşısı alındı – Video

Bu ərazilərdə qanunsuz tikintilərin qarşısı alındı – Video

Abşeron və Şəmkirdə qanunsuz tikintilərin qarşısı alınıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir rayonu, Abbaslı kəndi ərazisində vətəndaşın müvafiq icazəverici sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.

Bundan başqa, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində müvafiq icazəverici sənədləri olmadan inşa edilən tikililər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.

Teqlər: