Bu ərazilərdə BOEM-in inkişafı üçün işlər aparılır – Nazir

Bu ərazilərdə BOEM-in inkişafı üçün işlər aparılır – Nazir

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı istiqamətində işlər aparılır ki, bu da gələcəkdə onun Avropaya ixracından danışmağa imkan verəcək.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov hər il oktyabrın 3-də qeyd olunan və Almaniyanın milli bayramı olan Almaniya Birliyi Günü münasibətilə keçirilən tədbirdə deyib.

Nazir iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya ilə əlaqələrə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Almaniyanın mühüm iqtisadi tərəfdaşıdır: “Belə ki, bu ilin 8 ayında ölkələr arasında ticarət dövriyyəsi 170 milyon ABŞ dollarına çatıb. Bundan başqa, Azərbaycan və Almaniya enerji sahəsində mühüm tərəfdaşlardır. Məsələn, Aİ Cənub qaz dəhlizinin (CQD) həyata keçirilməsini həmişə dəstəkləyib”.

Öz növbəsində, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bu il Almaniyanın Birlik Gününün 32-ci ildönümünün qeyd olunduğunu bildirərək Almaniyanın uzun müddətdən sonra yenidən birləşmək baxımından şanslı olduğunu vurğulayıb.

“Almaniya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edir və bu müddətdə ölkələrimiz arasında əlaqələrin necə inkişaf etdiyini görmək sevindirici haldır”. O əlavə edib ki, yaxın illərdə ölkələrimiz bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə qadirdir.

R.Horleman pandemiya səbəbindən son 3 ildə belə tədbirlərin keçirilməsinin qeyri-mümkün olduğunu da qeyd edib və əlavə edib ki, o, Azərbaycanda yeni səfir kimi ilk dəfədir bu günü qeyd edir.

Teqlər: