Bu ərazilər Azərbaycana keçəcək – Paşinyan

Bu ərazilər Azərbaycana keçəcək – Paşinyan

Laçın dəhlizinə alternativ yolun tikintisi başa çatdıqdan sonra keçmiş DQMV ərazisindən kənarda yerləşən ərazilər Azərbaycana keçəcək.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Dəyişiklikdə məqsəd Ermənistanla Qarabağ arasında daha güclü və etibarlı yol marşrutunu təmin etməkdir. Ermənistan hazırda rus tərəfdaşları ilə işçi müzakirələr aparır, çünki dəhliz Rusiya sülhməramlılarının tam nəzarəti altında olmalıdır. İşçi müzakirələrimizdə belə bir anlayış var ki, yeni marşrut daha keyfiyyətli və daha yaxşı olacaq”, – Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, Azərbaycanın nəzarətinə keçəcək Laçın şəhəri və Zabux kəndində işğal illərində məskunlaşan ermənilər mənzillə təmin olunacaq.

Teqlər: