Bir sıra məşhur xarici mətbu orqanı Azərbaycanın Qarabağda qanunsuz erməni silahlıları və Ermənistan ordusunun hərbi birləşmələrinə qarşı başlatdığı uğurlu antiterror tədbirləri barədə yazıb.
AzerTimes xəbər verir ki, bir sıra KİV-lər Azərbaycanın Qarabağda tam qələbə çaldığını bildirib.
ABŞ-ın “Politico” nəşri Azərbaycan Qarabağda qələbəsini elan etdiyini yazıb.
“35 ildir davam edən münaqişə, görünür, nəhayət, Azərbaycanın xeyrinə başa çatıb”, – ABŞ-ın nüfuzlu “ABC Nyus” telekanalı bildirib.
Britaniyanın “Teleqraf” nəşri isə qeyd edib ki, Azərbaycanın qələbəsi Putini tənqid edənləri əsəbiləşdirdi, lakin Ermənistanı Qərb müttəfiqlərinə doğru itələdi.
“Azərbaycan Qarabağ separatçılarının təslim olmasından sonra qələbəsini elan edib. Azərbaycan və Ermənistan SSRİ dağılandan sonra iki dəfə apardıqları son müharibədə Azərbaycan qalib gəlib”. Bunu isə Hindistanın məşhur “Hindistan Tayms” nəşri yazıb.
Hindistanın NDTV kanalı Azərbaycanın qələbəsini “Separatçıların müqavimətinin heyrətamiz iflası. Bu çöküş Əliyevin ermənilərin çoxluq təşkil etdiyi Qarabağı Bakının nəzarətinə qaytarmaq cəhdində böyük qələbə oldu” başlığı ilə təqdim edib.
“Əl-Cəzirə” telekanalı isə Azərbaycanın uğurlu əməliyyatından sonra Rusiyanın Qarabağdakı rolunun şübhə altına alındığını bildirib.