İsveçin avtomobil istehsalçısı “Volvo” şirkəti Rusiyaya sanksiyalarla əlaqədar bu ölkədəki biznesini tam və ya qismən satmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşri məlumat yayıb.
“Mövcud vəziyyətdə “Volvo” şirkəti Rusiyada fəaliyyət göstərə bilməz, ona görə də biznesi uyğunlaşdırmaq və işçilərin sayını azaltmağa başlamaq qərara alınıb”, – şirkətin sözçüsü bildirib.
Qeyd edək ki, şirkət fevralın sonunda Rusiyada işlərini dayandırıb.