İsraillə konfliktdən dolayı Livan yeni Qəzzaya çevrilə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş CNN-ə Livanda rabitə cihazlarında baş verən partlayışları şərh edərkən deyib.
“Belə cihazların olması faktı göstərir ki, daha ciddi eskalasiya ehtimalı var və məni narahat edən Livanın yeni Qəzzaya çevrilməsi ehtimalı, fikrimcə, bütün dünya üçün dəhşətli faciə olacaq”, – deyə Quterreş bildirib.