Fələstin-İsrail məsələsində Rusiyanın mövqeyi konyukturaya tabe deyil: münaqişə iki dövlət yaratmaqla həll edilməlidir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, siyasi məsələləri həll etmək gərəkdir.
“Onlardan ən başlıcası BMT qərarında nəzərdə tutulduğu iki dövlət – Fələstin dövləti və yəhudi dövlətinin yaradılmasıdır. Ona görə də əsas məsələləri həll etmədən, hesab edirəm ki, məsələni mahiyyəti üzrə həll etmək çətin ki, mümkün olsun. Deməliyəm ki, bu mənada Rusiyanın mövqeyi prinsipialdır, o, konyukturaya tabe deyil. Biz Fələstin dövlətini hələ Sovet dövründən tanımışıq. Bu mənada bizim mövqeyimiz dəyişməyib”, – deyə dövlət başçısı bildirib.