Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qeyd edək ki, əvvəl qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulurdu.