“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısına iki bənd əlavə edilib.
AzerTimes xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, bu siyahıya Dərman vasitələrinin dövlət reyestri və Dərman vasitələrinin təqib və izləmə sistemi daxil edilib.