Bu dostlarımız Zelenskinin dəvətindən imtina etdi – Qaluzin

Bu dostlarımız Zelenskinin dəvətindən imtina etdi – Qaluzin

MDB liderləri Ukrayna Prezidenti Vladimir Zelenskinin İsveçrədəki konfransa dəvətindən imtina edib.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Ağır artilleriya işə salındı: Zelenski və onun Qərb dostları şəxsən MDB liderlərinə bu toplantıda iştirak etmək üçün zəng edib yalvarıblar. Biz bilirik ki, onların heç birini razı salmaq mümkün olmayıb. Rusiyanın ən yaxın müttəfiqləri və MDB-dən olan dostları bu konfransın mahiyyətini mükəmməl başa düşürlər. Onun sülhlə heç bir əlaqəsi yoxdur”, – Qaluzin bildirib.

Qeyd edək ki, İsveçrədəki sülh konfransı 15-16 iyun tarixlərində keçiriləcək.

Teqlər: