Bu diplomatlar deputat olmaq istəyir – Siyahı

Bu diplomatlar deputat olmaq istəyir – Siyahı

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir neçə diplomatımız da namizəd kimi iştirak edir.

AzerTimes Modern.az-a istinadla xəbər verir ki, onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Q.Məmmədov 1999-cu ildən Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyət göstərir. O, XİN-in müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Digər bir diplomatımız Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludur. Sabiq nazir 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olaraq fəaliyyət göstərib. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir.

Deputat olmaq istəyən digər bir diplomatımız isə Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyevdir. O, 49 saylı Abşerom ikinci seçki dairəsindən namizəd olub. 1975-ci ildə andan olan Rizvan Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da seçki yarışına qoşulub. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən namizəd olub.

Teqlər: