Rusiya və ABŞ arasında silahlara nəzarət üzrə dialoq hazırda sistemli aparılmır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“İndi amerikalılarla dialoq, o cümlədən silahlara nəzarət son dərəcə qeyri-sabit və sistemsizdir. Bunun günahı və məsuliyyəti tamamilə Vaşinqtonun üzərinə düşür”, – Ryabkov bildirib.