Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçimiz, millət vəkili Səttar Möhbalıyevin əmisi nəvəsi Fərid Kəmaləddin oğlu Mehbalıyevin hələlik harada dəfn olunacağı barədə dəqiq məlumatımız yoxdur.
Bu sözləri AzerTimes-a açıqlamasında millət vəkili Səttar Möhbalıyevin köməkçisi Akif Təvəkküloğlu deyib.
O bildirib ki, deputat Səttar Möhbalıyevin ailəsində Fərid ilk şəhid deyil:
“Birinci Qarabağ müharibəsində Səttar bəyin qardaşı Əhməd Möhbalıyev də şəhidlik zirvəsinə ucalıb. Artıq Möhbalıyevlər ailəsinə ikinci şəhid gəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”