Bu dəfə Gazelli Group məhsullarını uşaqlar hazırladı (FOTO)

Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkəti 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balacalar üçün bayram əhvalı ilə yanaşı, bir günlük olsa belə, “böyük olmalarına” imkan da yaratdı.

Gazelli Group bu il uşaqların bayramına elmi tərəfdən yanaşıb. Beləliklə şirkətin fabrikinə təşkil olunan ekskursiyada və məhsulun hazırlaması prosesində ölkəmizin tanınmış uşaq bloggerləri iştirak edib. “Nə olsun ki, uşağam…”adlı layihə çərçivəsində uşaqlar istehsalat prosesi və elmi-sınaq laboratoriyasının fəaliyyəti ilə tanış olublar, burada sosial şəbəkələrdəki hesabları üçün çəkilişlər aparıblar. Gazelli Groupun laboratoriya əməkdaşları blogger uşaqlara bir sıra maraqlı eksperementlər nümayış etdirərək, kimya qanunlarını əyahi izah ediblər. Eyni zamanda ölkəmizdə COVİD 19 pandemiyası təhlükəsi nəzərə alınaraq, uşaqlara gigiyena qaydaları və onlara riayyət edilməsinin vacibliyi izah edilərək, Gazelli Groupun istehsalı olan +H20 antibakterial maye sabun və SANİTARİ brendinin antiseptikləri hədiyyə edilib. Prosesi böyük maraqla izləyən uşaqlar daha sonra özləri maye sabun hazırlayıblar. Eksklüziv və istəklərinə uyğun məhsullar hazırlayan bloggerlər özlərini əsl elmi işçilər kimi hiss ediblər. Bayramlarına bayram qatan daha bir məqamlardan biri o olub ki, bloggerlərə Gazelli Groupun məhz uşaqlar üçün yaratdığı yeni məhsulu olan BALAM brendinin şampunu və duş geli hədiyyə edilib. Yaxın vaxtlarda satışa çıxarılacaq bu məhsulu birinci məhz Gazelli Groupun bugünki balaca qonaqları sınayacaqlar.

Daha sonra uşaqlara unudulmaz gün ərzində apardıqları çəkilişlərin montaji üçün vaxt verilib və tərəflərindən hazırlanan reportajlar Gazelli Groupun əməkdaşlarından ibarət münsiflər heyətinə təqdim olunub. Sıralarından ən yaxşı reportaj seçilərək, qalibə, hər bir gənc blogerin arzusu olan – lampalı ştativ hədiyə edilib. Əyləncəli proqramla davam edən tədbir bütün uşaqlara Gazelli Group tərəfindən xüsusi hədiyyələrin təqdim edilməsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün, iyunun 1 – də Gazelli Groupun fabrikində şirkətin əməkdaşlarının övladları üçün də əyləncəli və maarifləndirici tədbir təşkil edilib. Balacalara Gazelli Groupun elmi-sınaq laboratoriyası tərəfindən maraqlı eksperementlər nümayiş etdirilib. Onlar üçün maraqlı və əyləncəli yarışlar, oyunlar, yerdə rəsm, rəqs və s. təşkil edilib. Tədbirin sonunda hər bir uşaq fabrikdən gözəl bayram əhvalında və maraqlı hədiyyələrlə ayrılıb. Gazelli Group bütün özəl tarixlərdə olduğu kimi, bu dəfə də Azərbaycanımızın balaca vətəndaşlarını sevindirməyi bacarıb.

Teqlər: