Bu dəfə Aşota şillə vurdular…

Bu dəfə Aşota şillə vurdular…

Bir az əvvəl “Andranik” metrostansiyasında bir nəfər Aşot Paşinyana (Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu – red.) şillə vurub. Növbəti stansiyada polis vətəndaşı naməlum istiqamətə aparıb.

AzerTimes erməni mediasına istinadla xəbər verir ki, bu barədə Qagik Asatryan Feysbuk səhifəsində yazıb.

“Şahidlərin bildirdiyinə görə, vətəndaş Aşota “Atana salam verərsən” deyib, daha sonra ona şillə vurub. Aşotik iki qızla birlikdə olub”, – o yazıb.

Hüquq müdafiəçisi Ruben Melikyan isə yazıb ki, məlumat təsdiqlənsə, vətəndaşı tək buraxmaq olmaz:

“Ola bilər ki, onu Erebuni şöbəsinə aparılıblar”.

Qeyd edək ki, bir müddət əvvəl müharibədə ölən əsgər anası Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinərək saxlanılmışdı. Hazırda istintaq gedir.

Teqlər: