Ermənistan hakimiyyəti iqtisadi-siyasi, o cümlədən təhlükəsizlik sahəsində “diversifikasiya”dan bəhs etdiyi halda rəqəmlər tam fərqli nəticələr çıxarmağa əsas verir.
AzerTimes xəbər verir ki, “Ermənistan” fraksiyasının üzvü Tadevos Avetisyan bununla bağlı statistikanı təqdim edib.
O bildirib ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı sürətlə artır:
“2024-cü ilin ilk doqquz ayında Rusiyanın Ermənistanın xrici ticarət dövriyyəsində payı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz bəndi artaraq, görünməmiş həddə – 41,1%-ə qalxıb.
Eyni müqayisə olunan dövrdə Ermənistanın AB ölkələri ilə xarici ticarət həcmi 17%, onun xüsusi çəkisi isə görünməmiş miqdarda – 2,1 dəfə azalıb 7,2 faizə enib”.